İsveçin paytaxtı Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı mərasimi olub.

İsveç kralı XVI Karl Qustav Stokholm filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib. On dörd laureat dünyanın ən nüfuzlu mükafatları üzrə diplomları və qızıl medalları monarxdan qəbul ediblər.

Mərasimi Nobel Fondunun idarə heyətinin sədri Karl-Henrik Xeldin açıb. O, dünya ictimaiyyətini elmi metodların müdafiəsinə çağırıb.

İstinadlar Report