Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiq olunub.
Bununla əlaqədar “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilib.
Qərara əsasən,
Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini
– Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini
– Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri
– Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.
Statistika Şurasının tərkibinə daxil ediliblər.