
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı növbəti beynəlxalq görüşü onlayn rejimdə keçirəcək.
Bu barədə Britaniya hökumət başçısının nümayəndəsi məlumat verib.
O, virtual sammitin martın 15-də baş tutacağını və Starmerin martın 2-də Londonda təşkil etdiyi görüşün davamı olacağını bildirib.
“Baş nazirin “Lancaster House”da baş tutan sammitə əsaslanaraq, xoşməramlılar koalisiyasının liderlərinin ikinci görüşünü keçirəcəyini gözləyə bilərsiniz”, – o əlavə edib.