Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.

Bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

“Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, “Starlinkam” SC şirkətinin Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib”, – M.Ayrapetyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müraciətlər ümumi istifadəli elektron rabitə şəbəkəsinin istismarı üçün lisenziya verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən istismar olunan ümumi istifadəli elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik diapazonlarından istifadəyə icazə verilməsi ilə bağlı olub.

İstinadlar Report