Şri-Lankanın paytaxtının bir neçə bölgəsində hökumət tərəfdarları və əleyhdarları arasında toqquşmalarda azı 141 nəfər yaralanıb.

Bu barədə “Ada Derana” xəbər portalı məlumat yayıb.

Toqquşmalar zamanı 5 nəfərin öldüyü bildirilir.

Məlumata görə, hökumət tərəfdarları paytaxt Kolomboda nümayiş keçirərək, Baş nazir Mahinda Rajapaksanı vəzifəsini tərk etməməyə çağırıblar. Bundan sonra nümayişçilərin böyük qrupu hökumət əleyhinə aksiya iştirakçılarına hücum edib.

Buna baxmayaraq, Baş nazir Rajapaksa istefa verdiyini açıqlayıb.

Toqquşmalar, həmçinin Kolombodan təxminən 40 km aralıda yerləşən Nittambuva şəhərində baş verib. Altı nəfər ağır yaralanıb, azı bir nəfər ölüb.

İstinadlar Report