
Şri Lankanın şimal-şərqindəki Manampitiya şəhərində silahlı şəxs kilsəyə doğru atəş açıb.
Atışma aprelin 18-də axşam paytaxt Kolombodan 160 km şimal-şərqdə yerləşən Manampitiyadakı kilsədə baş verib.
Atəş nəticəsində pəncərərin şüşəsi sınıb, insan itkisi yoxdur. Şübhəli şəxs saxlanılıb. İlkin məlumata görə, hücumun səbəbi şəxsin pastora qarşı şəxsi düşmənçiliyi olub.
İnsident 2019-cu ildə Pasxa bazar günündə 279 nəfərin, o cümlədən 45 əcnəbinin ölümünə və 500-dən çox insanın yaralanmasına səbəb olan terror hücumların altıncı ildönümü ərəfəsində ölkə daxilində kilsələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda baş verib.