Şri-Lanka prezidenti Qotabaya Racapaksa baş nazir Mahinda Racapaksanın istefasını qəbul edib.

Bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, müvafiq bildiriş ada dövlət başçısının katibliyi tərəfindən dərc edilib.

Mahinda Racapaksa (prezidentin böyük qardaşı) özünün tviter hesabında elan etdiyi kimi, bazar ertəsi ( 9 may – Red) istefa ərizəsini təqdim edib.

“Şri Lankada emosiyalar yüksək olduğu üçün mən geniş ictimaiyyətimizi təmkinli olmağa və zorakılığın yalnız zorakılıq doğurduğunu xatırlamağa çağırıram. İçində olduğumuz iqtisadi böhranın bu administrasiyanın tapmağa çalışdığı bir həllə ehtiyacı var”, – deyə baş nazir yazıb.

Qeyd edək ki, Şri-Lankada vəziyyət gərgin olaraq qalır. Komendant saatı mayın 11-i çərşənbə səhərinə qədər uzadılıb.

İstinadlar Report