Yeni növ koronavirus infeksiyasına yoluxanların sayında artım olduğuna görə Şri Lanka səlahiyyətliləri xaricdən gələnlər üçün ölkəyə giriş şərtlərini sərtləşdiriblər.

Ölkəyə səfər edən hər bir turist vaksinasiya olunmasından asılı olmayaraq iki həftə ərzində izolyasiya edilən hotellərdə qalmalıdır. Bu mayın sonuna kimi məcburi olacaq.

Eyni zamanda, 12 yaşından yuxarı olan bütün turistlər ölkəyə gəldiyi gün və hotledə qaldığı 11-ci gün test verməlidir. Əgər testin cavabı müsbət olarsa turist ölkəni gəzə biləcək.

İstinadlar Report