Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov koronavirus əleyhinə “Sputnik V” vaksininin ikinci partiyasının Azərbaycana gətiriləcəyi vaxtı açıqlayıb. 

Rusiya XİN rəhbəri azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib ki, ikinci partiya may ayının sonunda gətiriləcək.

Qeyd edək ki, Lavrov ötən gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib ki, bu ay daha böyük partiyalar gözlənilir: “Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”. 

İstinadlar Qafqazinfo