
Sloveniya və Azərbaycan arasında işgüzar əlaqələrin, xüsusilə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
Bunu Sloveniyanın “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobnik (Tanja Drobnič) Bakıda keçirilən biznes forum çərçivəsində bildirib.
“Biz bu kontekstdə əminik ki, gələcəkdə vəziyyət yaxşıya doğru dəyişəcək. Artıq bu biznes nümayəndə heyətinin hazırlanması mərhələsində müşahidə etdik ki, Sloveniya şirkətləri rəqəmsallaşma, əczaçılıq, kənd təsərrüfatı və bir çox digər sənaye sahələrində yüksək texnoloji həllər təklif edə bilər. Biz həqiqətən hesab edirik ki, ərzaq sektoru və kənd təsərrüfatı mühüm rol oynayır”, – T.Drobnik qeyd edib.
Onun sözlərinə görə, bu gün hər iki ölkə sağlam ətraf mühit, sağlam qidalanma və dünya iqtisadiyyatının ekoloji transformasiyası kimi məsələlərə diqqət yetirir.