Ermənistan parlamentinin spikeri Ovik Abramyanın məşuqəsi olduğu deyilən teleaparıcı Nazeni Hovvanisyanın parlament seçkilərinə qatılacağı barədə xəbərlərə münasibət bildirib.
34 yaşlı aktrisa və teleaparıcı N.Hovvanisyan 2017-ci ildə keçiriləcək parlament seçkilərində iqtidardakı Ermənistan Respublika Partiyasının siyahısında, proporsional sistem üzrə iştirak etmək niyyətindədir.
Ermənistanın “Hayastan 1” dövlət telekanalında “Səadət mexanikası” proqramının aparıcısı olan N.Hovvanisyanla Ovik Abramyan arasında münasibətlər 5 ildir ki davam edir. Onların faktiki olaraq qeyri-rəsmi nikahda yaşadıqları da deyilir.
Milyarder Ovik Abramyan məşuqəsinə Yerevanın Nor-Zeytun və Arabkir səmtlərində iki villa, şəhərin mərkəzindəki Nor Kork və Herasi səmtlərindlə 3 lüks mənzil, habelə 4 bahalı avtomobil alıb.