“Suverenliyə və ərazi bütövlüyünə hörmət bugünkü beynəlxalq nizamın əsasını təşkil edən meyardır”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

O, Azərbaycanın 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb: “Suverenliyə və ərazi bütövlüyünə hörmət bugünkü beynəlxalq nizamın əsasını təşkil edən meyardır”.

Spiker Azərbaycanın güclü iradəsinə və uzunmüddətli sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistanın bunun əksinə hərəkət etdiyi nəzərə çatdırıb: “Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənistanın son iki il yarım ərzində sərgilədiyi dəyişməyən davranış şəklidir”.

İstinadlar Report