Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkələr və regionun rifahı naminə əməkdaşlığı daha da artıra və ümumi inkişaf məqsədlərinə çatmağa imkan yarada biləcək mühüm sahələr var:

“Onlardan biri nəqliyyat əlaqəsidir. Nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırılması nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında iqtisadiyyat və ticarət əlaqələrini mütləq inkişaf etdirəcək”.

İstinadlar Report