ABŞ-ın “SpaceX” şirkəti “Starlink” layihəsi çərçivəsində Yer orbitində əlavə 30 min peyk yerləşdirməyi planlaşdırır. Şirkət təşkilata peyklər üçün əlavə tezliklərin ayrılması üçün müraciət edib.

Son bir neçə həftə ərzində ABŞ Federal Ticarət Komissiyası (US Federal Trade Commission, FTC) BTİ-yə əlavə tezliklərin ayrılması üçün “SpaceX” şirkətinə məxsus 20 müraciət göndərib. Onların hər birində 1,5 min, ümumilikdə isə 30 min peykdən söhbət gedir.

Şirkətin orbitdə yerləşdirmək üçün icazəyə malik olduğu 11 min peyk nəzərə alınmaqla aparatların ümumi sayı 40 mini ötüb. Bu, Yerin ilk süni peykinin buraxıldığı 1957-ci ildən Yer orbitində yerləşən peyklərin ümumi sayını beş dəfə üstələyir. Portal bildirir ki, bu rəqəm 8,5 min təşkil edir.

BTİ-nin məlumatına görə, sorğuda söhbət aparatların 328 – 580 km orbitlərdə yerləşdirilməsindən gedir. Müraciətlərdə planın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir.

“Starlink” layihəsi “SpaceX” şirkəti tərəfindən 2015-ci ildə yüksəksürətli internetə qlobal çıxışın təmini üçün hazırlanıb. Layihənin birinci mərhələsinin icrası – şirkətin 1,2 min işçi heyətinin iştirakı ilə 800 peykin buraxılışı 3,5 milyard dollar məbləğində vəsait qoyuluşu tələb edir. “SpaceX” şirkətinin qiymətləndirməsinə görə, orbitdə 11 min peykin yerləşdirilməsi və onların istismara verilməsi 10 milyard dollara başa gələcək. 2019-cu ilin mayında “Falcon-9” raketdaşıyıcısı vasitəsilə kosmosa ilk 60 peyk göndərilib.

Oxumağa dəyər:   "Azərişığ"ın rəhbərliyi ilə görüş olacaq

“SpaceX” şirkəti 2002-ci ildə İlon Mask tərəfindən təsis edilib. Ötən il şirkət 21 uğurlu raket buraxılışı (o cümlədən iyirmi Falcon-9 və bir Falcon Heavy) həyata keçirib. 2017-ci ildə onun daşıyıcılarından 18 dəfə istifadə olunub. Bundan başqa, şirkətin ən maraqlı texnologiyaları sırasına müxtəlif modifikasiyalı “Dragon” kosmik gəmisi və təkrar istifadə üçün “Falcon 9” raketdaşıyıcısının işlənmiş ilk pilləsinin qaytarılması texnologiyası daxildir.

Nizam Nuriyev

İstinadlar ict news