“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

Daşıyıcı raket Florida Ştatında yerləşən Kanaveral burnundakı 40-cı start kompleksindən fəzaya buraxılıb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 110-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,1 mindən çox peyk buraxıb. Onların 4,8 mini işlək vəziyyətdədir.

İstinadlar Report