“SpaceX” şirkəti ABŞ-nin Milli Kəşfiyyat-Kosmik İdarəsi (NRO) üçün peyklər daşıyan “Falcon-9” daşıyıcı raketini buraxıb.

Buraxılış şirkətin saytında canlı yayımlanıb.

NROL-153 missiyası çərçivəsində raketin buraxılışı Şərq sahili vaxtı ilə saat 22:54-də (Bakı vaxtı ilə yanvarın 10-u saat 07:54-də) Kaliforniya ştatındakı Vandenberq HHQ bazasından həyata keçirilib. 2025-ci ildə “SpaceX”in Amerika kəşfiyyatının tapşırıqlarını yerinə yetirmək üçün ən azı dörd belə buraxılış həyata keçirəcəyi gözlənilir.

İstinadlar Report