Space” telekanalının “Hər Səhər” verilişində biabırçı hadisə yaşanıb. 
Sosial şəbəkələrdə yayılan video böyük qalmaqal yaradıb. Belə ki  müğənni Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissorunun mikrofonları bağlamaması biabırçı hadisənin yaşanmasına səbəb olub.
Səslərinin efirə getmədiyini düşünən Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı və söyüş dolu ifadələr işlədiblər.
Hadisədən dərhal sonra görüntülər bir çox yerdən silinib. Hətta biabırçılığa görə “Space” telekanalında böyük problemlər yaşanıb.
Bundan sonra müğənni Rüfət Axundov sosial şəbəkədə video ilə bağlı açıqlama verərək, görüntülərin montaj edilidiyini deyib.  Və son olaraq bildirib ki, efirdə elə bir hadisə baş verməyib.
***
“Space” TV-nin “Hər səhər” verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib”.
Bunu MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
T. Dadaşov bildirib ki, 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib.
T. Dadaşov qeyd edib ki, iş məhkəməyə göndərilib.
İstinadlar azxeber, lent.az