“Sözlərim Sezen Aksuya deyildi. Sezen Aksu ölkəmizin mühüm sənətçilərindən biridir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində “Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur” sitatından danışarkən deyib. 

“Kim olursa-olsun, dini dəyərlərə toxunulmasına icazə vermirəm. Xalqımızın müəqddəslərinə həssas yanaşıram. “Dilini qoparmaq” ifadəsini bir nəfərə yox, müqəddəslərə söz söyləyən hamıya demişəm. Bu, bir mövqe, hörmət, qəbul, birlikdə yaşamaq təcrübəsi kimi qəbul edilməlidir. Bir-birimizə, inanclarımıza, dəyərlərimizə nə vaxt hörmət edəcəyik? Bu hörməti ortaya qoymağa məcburuq”, – deyə Ərdoğan bildirib. 

Xatırladaq ki, Türkiyə Prezidenti Sezen Aksunun “”Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanın “cahil” adlandırılması fonunda başlayan müzakirələrdən sonra açıqlama verib. O bildirib ki,  Həzrəti Adəmə və Həvvaya heç kim dil uzada bilməz və dil uzadanlara isə həddini bildirmək lazımdır.