İranda cəmiyyətin dincliyini və asayişi pozan qanunsuz toplantıların təşkilatçıları cəzalandırılacaq.

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani martın 12-də jurnalistlərə açıqlamasında bildirib.

Sözçü son günlər İranda keçirilən toplantılara Daxili İşlər Nazirliyinin münasibətindən bəhs edərək deyib: “Daxili İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bildirib ki, qanunsuz toplantıların təşkilatçıları, cəmiyyətdə sabitliyi və asayişi pozanlar mütləq cəzalarını alacaqlar”.

İstinadlar Report