
Son iki gün ərzində Qəzza zolağındakı məcburi köçkün düşərgələrində səkkiz fələstinli soyuqdan ölüb.
Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Anklavda yeddinci körpə soyuqdan ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayı səkkizə çatıb. Fələstinli rəsmi qeyd edib ki, məcburi köçkünlər bir neçə gündür bölgədəki müvəqqəti sığınacaqları su altında qoyan güclü yağışlardan əziyyət çəkirlər.