Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və “Azovstal” zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub.

“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, – Konaşenkov deyib.