Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.

İstinadlar Qafqazinfo