Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirilib.

Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirilib.

Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyıb.

 

İstinadlar Qafqazinfo