Şotlandiyanın şimal-şərqində, Aberdin bölgəsində sərnişin qatarının qəzaya uğrayaraq yoldan çıxması nəticəsində 3 nəfər ölüb, 6-sı xəsarət alıb.

“British Transport”un açıqlamasında hadisəyə səbəb kimi bölgədə yağan leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi göstərilib. Aberdindən Qlazqoya gedən 6 vaqondan ibarət qatarın Karmont stansiyası yaxınlığında lokomotivi və üç vaqonu yoldan çıxaraq aşıb.

Ölənlər arasında maşinistin də olduğu güman edilir.

İstinadlar Report