Şotlandiyanın cənub-qərbindəki Era şəhərində baş verən güclü partlayışdan sonra üç nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə BBC-yə Şotlandiyanın Təcili Tibbi Yardım Xidmətindən məlumat verilib.

Hadisə yerinə 6 təcili yardım maşını və tibbi helikopter göndərilib. “Üç xəstə Kroshaus (Qlazqo yaxınlığında) Xəstəxanasına çatdırılıb”, – həkimlər agentliyə bildirib.

Hələlik ölənlər barədə məlumat yoxdur. İlkin məlumatlara görə, qəzaya səbəb məişət qazının sızması olub. Qeyd edilir ki, ölkənin Qazpaylayıcı Şəbəkəsinin əməkdaşları hadisə yerindədir.

İstinadlar Report