“Sosial yardım insanları xarab edib”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.

Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.

İstinadlar APA