Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • “Azərbaycanın həmin tədbirə ev sahibliyi etməsini alqışlayıram” – Paşinyan
  • AZAL təsdiqlədi: Təyyarədə pəncərənin yanında oturmaq artıq ödənişlidir
  • Sebastyan Burduja: “Tuzla-Podişor kəməri Azərbaycan qazının Avropaya nəqli üçün daha bir marşrut olacaq”
  • Paşinyan: “Avropa Siyasi Birliyi” sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
  • Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
  • Yalçın Rəfiyev: Azərbaycan KARİKOM-la əməkdaşlığa xüsusi önəm verir
  • Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək
  • Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • İlqar İsmayılov həbsdə qaldı
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı
  • “Azərbaycanın həmin tədbirə ev sahibliyi etməsini alqışlayıram” – Paşinyan
  • AZAL təsdiqlədi: Təyyarədə pəncərənin yanında oturmaq artıq ödənişlidir
  • Sebastyan Burduja: “Tuzla-Podişor kəməri Azərbaycan qazının Avropaya nəqli üçün daha bir marşrut olacaq”
  • Paşinyan: “Avropa Siyasi Birliyi” sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
  • Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək
  • İlqar İsmayılov həbsdə qaldı
  • Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək
  • Rusiya Silahlı Qüvvələri Odessa limanına ballistik raketlərlə zərbə endirib, ölən və yaralananlar var
  • Emin Əmrullayev Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşdü
  • Hava ilə bağlı – Xəbərdarlıq
  • ADMİU beynəlxalq festivalda uğurla təmsil olundu – Fotolar
  • Bu binanın puluna Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı…
  • Türk Dövlətləri Təşkilatı dünyanın ən önəmli birliklərindən birinə çevrilir – RƏY
  • Neft Donald Trampın Aİ-yə qarşı rüsum təklifindən sonra 1 %-dən çox ucuzlaşıb
  • Tramp Aİ-yə qarşı 50 %-lik tariflər tətbiq etməyi təklif edib
  • Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Sosial şəbəkələrdən alınan dərmanların hansı riskləri var? – Video
11/07/2024 06:47
Bakının mərkəzində də maşın kül oldu – Video
23/05/2025 17:44
Lökbatanda avtomobil yandı – Video
23/05/2025 17:07
Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video
23/05/2025 16:11
FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video
23/05/2025 10:14
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video
22/05/2025 22:44
Mingəçevirdə evdə partlayış – Video
22/05/2025 15:02
Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video
22/05/2025 13:14
Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO
22/05/2025 10:23
Prezidentin işgüzar səfərinin – Videosu
21/05/2025 22:41
“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)
21/05/2025 15:02
Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO
20/05/2025 22:29
“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video
20/05/2025 15:44
31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video
20/05/2025 15:11
Qəbələdə ailə evsiz qaldı – Video
20/05/2025 10:37
Bakıda kişi 9 qaşığı niyə udub? – Video
20/05/2025 00:01
Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO
19/05/2025 12:56

Video xəbərlər

  • Bakıda “qurbağa qızartması” məşhurlaşır – Bir porsiya 15 ₼ (Video)
  • Bakının mərkəzində də maşın kül oldu – Video
  • Lökbatanda avtomobil yandı – Video
  • Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video
  • FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

25/05/2025
06:26 KİV: Almaniyanın Hərbi Dəniz Qüvvələri acınacaqlı vəziyyətlə üz-üzədir
05:53 Azərbaycan səfiri Ekvador Prezidentinin andiçməsində iştirak edib
04:56 Pakistanda fırtına nəticəsində 10 nəfər ölüb, onlarla insan xəsarət alıb
04:29 Rusiya MN: Regionlarda Ukraynanın 100-ə qədər PUA-sı zərərsizləşdirilib
03:53 Liviyanın neft kəmərində sızma olub
03:33 Ukrayna XİN Rusiya ilə danışıqların təfərrüatlarını açıqlayıb
03:31 Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
03:28 Cənubi Koreya Çinin Sarı dənizdəki fəaliyyətindən narahatdır
03:26 Vens ABŞ-nin universitetlərində açıq irqi ayrı-seçkiliyi pisləyib
00:26 KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
00:02 Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
24/05/2025
23:35 Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
22:59 “Bloomberg”: Avropa ölkələri Ukraynaya göndərmək üçün ABŞ-dən silahlar almaq istəyir
22:47 Azərbaycanəsilli İran rejissorunun filmi “Kann” kinofestivalının qalibi oldu
22:38 ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
22:37 Qəfil qatarın qarşısına çıxdı, yaralandı
22:35 Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:14 Tovuzda avtomobil təmir sexinə çırpıldı – Foto
21:42 Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:39 “Xarıbülbül” festivalı çərçivəsində Şuşada teatr tamaşası – Fotolar
21:22 Gədəbəydə tənha qadına evində hücum edib döydülər – Pulları aparılıb
21:20 İlham Əliyev Azərbaycanın Türkiyədə inşa etdiyi evlərin açılışında iştirak edəcək
20:41 Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:18 Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı oldu – Fotolar
19:50 Ərdoğan Culani ilə nələri müzakirə etdi?
19:47 Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:41 Filippinin cənubunu daşqınlar cənginə alıb, ölənlər var
18:44 Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:38 Qalmaqallı direktor işdən çıxarıldı
18:05 Azərbaycan və Meksikanın xarici işlər nazirinin müavinləri görüşüb
17:49 İlham Rəhimov Putinin müşavirinin dəvəti ilə Peterburqda forumda – FOTOLAR
17:14 Ağdamdakı sənaye müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər
17:05 Goranboyda kafedə bıçaqlanma olub
17:02 Kosaçyov: Moskva bugünlərdə Kiyevə münaqişənin həllinə dair memorandum təklifləri təqdim edəcək
16:41 Vatsapda bu da mümkün olacaq
16:13 Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
16:11 Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
16:08 2 əsrlik binada yerləşən uşaq bağçası təhlükəli vəziyyətdə – Nəzarətə götürüldü
16:05 Səfir: Azərbaycan əhalisinin 80 %-dən çoxu İsraili dost ölkə hesab edir
15:47 Kiyevə kütləvi hava hücumundan sonra – FOTOREPORTAJ
15:20 4-cü kurs tələbəsi qəzada öldü
15:17 Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 750 manat oğurlayıb
15:05 Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
14:59 Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
14:53 Kannda kinofestivalın bağlanış mərasimi ərəfəsində elektrik enerjisi kəsilib
14:44 Rumıniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar mayın 27-də başlayacaq
13:59 Hakan Fidan Rusiyaya səfər edəcək
13:57 Kubrikin malikanəsi 9 milyon dollara satılır – Fotolar
13:44 Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:41 Tailandda polis helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
13:35 Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
13:29 Qonşusu ilə dalaşan məktəb direktoru cərimələndi
13:17 Şahin Bağırov müavininin rütbəsini qaldırdı – Foto
13:02 Bazar gününün havası – 28° isti
12:47 Bakıda “qurbağa qızartması” məşhurlaşır – Bir porsiya 15 ₼ (Video)
12:23 Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:59 Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
11:49 Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
11:47 Bu ərazilərə yağış yağır
11:41 Dələduzluqlar davam edir – 20 manatdan 1200-ə qədər

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Sosial şəbəkələrdən alınan dərmanların hansı riskləri var? – Video

Multimedia 11/07/2024 06:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son vaxtlar sosial şəbəkələrdə bəzi dərman peraparatları müxtəlif xəstəliklərin müalicəsi kimi vətəndaşlara tövsiyə edilir. Hətta həmin şəxslərdən məsləhət istəyənlər də az deyil.

Mövzu ilə bağlı Xəzər TV reportaj hazırlayıb.

Həkimlər bildiriblər ki, sosial şəbəkələrdə reklam olunan dərmanları alaraq özbaşına istifadə etmək səhhət üçün çox təhlükəli və risklidir.

Son 2 ayda 50 nəfər dərman zəhərləməsi ilə müraciət edib. 

Daha ətraflı videoda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakının mərkəzində də maşın kül oldu – Video

Multimedia 23/05/2025 17:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Səbail rayonunda “Audi” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu yanıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Lökbatanda avtomobil yandı – Video

Multimedia 23/05/2025 17:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün paytaxtın Qaradağ rayonunda avtomobil yanıb.

Lökbatan qəsəbəsi ərazisində minivan tipli avtomobil alovlanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və alovun genişlənməsinin qarşısı alınıb.

Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

Yanğının görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video

Multimedia 23/05/2025 16:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub.

Küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13.5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib.

Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb. Şəhərin Heydər Əliyev və Tofiq İsmayılov küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan xətlər, çoxmənzilli yaşayış binalarının zirzəmisində isə tullantı su boruları təmir edilib. Şəhər ərazisində baş vermiş tutulmalar və kanalizasiya xətləri iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib.

Bununla yanaşı, 63 nəzarət quyusu xüsusi maşınla çikrabdan təmizlənib, 1270 paqonometr kanalizasiya xətti yuyulub, yuyulma nəticəsində 76 kub metr çirkab su kənarlaşdırılıb. İçməli su xətlərində 598, kanalizasiya xətlərində 528 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb.

Oxumağa dəyər:   Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - Fotolar

Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov cari ildə görülmüş işlər barədə məlumat verərək bildirib ki, şəhərdə əhalinin su ilə təminatı üçün Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirir. Abonentlər şəhər ərazisindən keçən 1200 millimetrlik Şirvan-Muğan xəttindən ayrılmaqla 710 millimetrlik,  450 millimetrlik və 410 millimetrlik xətlərlə üç istiqamətdə içməli su ilə təmin olunur.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Layihəyə uyğun olaraq şəhərin müxtəlif küçələrini əhatə etməklə 606 paqonometr müxtəlif diametrli yeni su xətti, 2379 paqonometr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilib, 241 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 232 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 11083 kvadratmetri bərpa edilib.

Oxumağa dəyər:   İrəvanda Türkmənistan vətəndaşı hücuma məruz qalıb

Fərhad Hüseynovun sözlərinə görə, Şirvan şəhərində “2025-ci il Dövlət layihəsi” çərçivəsində su və kanalizasiya çəkilişi bir neçə küçədə başa çatıb. Məhəmməd Əsədov, Şirvan, Şəhidlər və Mehdi Hüseyn küçələrində işlər tamamlanıb. 580 sayğac quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, abonentlərə göstərilən su və tullantı su xidmətlərinin dayanıqlılığını təmin etmək məqsədilə Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəbəkələrə daimi nəzarət həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Multimedia 23/05/2025 10:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib.

Bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib.

Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video

Multimedia 22/05/2025 22:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.

Gəncə Gömrük İdarəsinin yaxınlığında, yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahtlığa çevrilməyə başlayıb.

Uzun müddətdir həllini tapmayan problem TIR sürücüləri ilə yanaşı, ətraf ərazidə yaşayanlar üçün də ciddi naratlığa səbəb olub.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir:

“Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb”.

Oxumağa dəyər:   ÜST: Qəzzada xəstəxanaların ən azı 94%-i qismən və ya tamamilə dağılıb

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mingəçevirdə evdə partlayış – Video

Multimedia 22/05/2025 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88kv.m. olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

Multimedia 22/05/2025 13:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

Qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO

Multimedia 22/05/2025 10:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Cənubi Qafqazın ən iri polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra — BSC) ətraf mühitin mühafizəsi və ekoloji standartlara uyğunluğun təmin edilməsi istiqamətində daha bir mühüm addım ataraq, növbəti genişmiqyaslı layihəni uğurla başa çatdırıb.

BSC Elektrik poladəritmə sexində yaranan qazların tozdan və bərk hissəciklərdən təmizlənməsini və filtrasiyasını təmin edən, eləcə də tullantıların atmosferə atılmasının qarşısını alan Qaz-Toz Tutucu Qurğusunu (QTTQ) modernizasiya edib.

Layihə İsveçrənin “AS Metals Technologies” SA şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Texniki layihələndirmə mərhələsi bir ildən çox davam edib, montaj və sazlama işləri, bu cür irimiqyaslı layihəyə nəzərən istehsalatda mümkün minimum fasilələrlə, 2025-ci ilin əvvəlində uğurla tamamlanıb.

Kompleks modernizasiya işləri QTTQ-nin istismarını metallurgiya prosesinin müxtəlif mərhələlərində əhatə edir. Belə ki:

  • Elektrik-qövs sobasında poladın əridilməsi. Poladəritmə sobasından və sobanın ətrafından tozun sovrulma intensivliyini artırmağa imkan verən ilkin qaz bacası xəttinə əlavə olaraq əsas və gücləndirici ventilyatorlar quraşdırılıb.
  • Soba-çalov qurğusunda sobadankənar polad emalı. Qazların daha yaxşı tutulması üçün yeni çətir, qaz axınını artırmaq üçün əlavə gücləndirici ventilyatorlar, qaz axınının istiqamətinə nəzarəti təmin edən su soyutma sisteminə malik yeni mexanikləşdirilmiş çalov qapağı istismara verilib.
  • Ümumi sex sahəsi. Sexin ümumi sahəsindən qeyri-mütəşəkkil tozu kənarlaşdırmaq üçün aerator quraşdırılıb və QTTQ-nin ümumi sisteminə qoşulub.
  • Tullantıların filtrasiyası sistemi. Yaranan şlamların və tozların toplanması üçün filtrlərin (5000-ə qədər) və çənlərin sayı (16-ya qədər) artırılıb.
  • Bundan əlavə, QTTQ-nin avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib ki, bu da sistemin müxtəlif komponentlərinin işini optimallaşdırmağa və xaric olan qazların və tozun daha iri həcmdə təmizlənməsinə imkan verir.
Oxumağa dəyər:   Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı toplanmış materialların tədqiqinin aparıldığını bəyan ediblər

Nəticədə, sexdə istehsalat heyətinin iş şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb; atmosferə atılan tozun miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun olan səviyyəyə qədər azaldılıb.

Eyni zamanda, tullantıların idarə edilməsi sahəsində beynəlxalq ISO standartlarına uyğun olaraq, QTTQ tərəfindən toplanan şlam və tozun bir hissəsi ayrı-ayrı material növləri üçün xammal kimi emala göndərilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək edir.

Layihə texniki səviyyəsinə və funksional imkanlarına görə regionda ilk nümunələrdən biri hesab olunur. Belə ki:

  • Metallurgiya istehsalında yaranan qazların təmizlənməsi üçün qurğunun ümumi gücü təxminən iki dəfə – 930.000 m³/saatdan 1.700.000 m³/saatadək artırılıb.
  • Quraşdırılmış metal konstruksiyaların ümumi ağırlığı 200 tona çatır.
  • Layihəyə 100-ə yaxın insan cəlb edilib, onlardan 50 nəfəri podratçı olan kənar təşkilatların əməkdaşlarıdır (avadanlığın montajı mərhələsində 4 yerli podratçı şirkət iştirak edib). Layihə üzrə ümumi iş yükü təxminən 25.000 adam/saat təşkil edib.
Oxumağa dəyər:   Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib

BSC ətraf mühitə təsiri minimuma endirmək, tullantıların davamlı və səmərəli idarə olunmasını təmin etmək, eləcə də ekoloji qanunvericiliyin tələblərinə tam riayət etmək üçün daim istehsal proseslərini müasirləşdirir. Şirkət gələcəkdə də “yaşıl” təşəbbüslərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və sənayenin dayanıqlı inkişafında liderliyini qorumağı hədəfləyir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin işgüzar səfərinin – Videosu

Multimedia 21/05/2025 22:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.

Prezidentin səfərindən hazırlanmış videoçarx dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb.

Həmin videonu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)

Multimedia 21/05/2025 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir.

Iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan görüşüblər və onlar arasında maraqlı dialoq baş tutub.

Ərdoğan İlham Əliyevə yaxınlaşaraq onu təbrik edib, nəvələrinin sayının 9-a çatdığını bildirib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Multimedia 20/05/2025 22:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

ilə Talıbzadə qeyri-rəsmi nikahda yaşayıb.

Maraqlıdır ki, Seyidrəsulun ilə necə ailə qurması heç kimə məlum deyil.

Ətraflı süjetdə: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

Multimedia 20/05/2025 15:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

Silsilə əməliyyatlar paytaxtda və bölgələrdə keçirilib.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Multimedia 20/05/2025 15:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Toğrul Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.

O, 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir.

Bu, sadəcə bir gəncin uğur hekayəsi deyil – bu, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır.

Sən də yoluna peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəbələdə ailə evsiz qaldı – Video

Multimedia 20/05/2025 10:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qəbələ rayonu, Kürd kəndində ev yararsız hala düşüb.

Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Multimedia 20/05/2025 00:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.

Kişi elə qaşıqları da orada olarkən udub.

“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Multimedia 19/05/2025 12:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.  

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir. 

Oxumağa dəyər:   Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - Fotolar

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur. 

Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.  

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 23/05/2025 17:44

Bakının mərkəzində də maşın kül oldu – Video

Read more
Multimedia 23/05/2025 17:07

Lökbatanda avtomobil yandı – Video

Read more
Multimedia 23/05/2025 16:11

Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video

Read more
Multimedia 23/05/2025 10:14

FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Read more
Multimedia 22/05/2025 22:44

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video

Read more
Multimedia 22/05/2025 15:02

Mingəçevirdə evdə partlayış – Video

Read more
Multimedia 22/05/2025 13:14

Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

Read more
Multimedia 22/05/2025 10:23

Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO

Read more
Multimedia 21/05/2025 22:41

Prezidentin işgüzar səfərinin – Videosu

Read more
Multimedia 21/05/2025 15:02

“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)

Read more
Multimedia 20/05/2025 22:29

Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Read more
Multimedia 20/05/2025 15:44

“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

Read more
Multimedia 20/05/2025 15:11

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Read more
Multimedia 20/05/2025 10:37

Qəbələdə ailə evsiz qaldı – Video

Read more
Multimedia 20/05/2025 00:01

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Read more
Multimedia 19/05/2025 12:56

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Read more
Multimedia 19/05/2025 12:35

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Read more
Multimedia 19/05/2025 10:02

Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Read more
Multimedia 18/05/2025 23:05

35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Read more
Multimedia 17/05/2025 11:56

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Read more
Multimedia 16/05/2025 22:11

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Read more
Multimedia 16/05/2025 19:41

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Read more
Multimedia 16/05/2025 16:11

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Read more
Multimedia 16/05/2025 15:10

Prezidentləri güldürən sürpriz… – Video

Read more
Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla