Bu gün Bakıda keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki anlaşma memorandumu imzalanıb.

Sənədlər Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) beynəlxalq tərəfdaşları arasında imzalanıb.

Assosiasiya “MediaOst Events und Kommunikation GmbH” (Berlin) və Qadın və Sosial Sahibkarlığın Beynəlxalq İnkişaf Mərkəzi (Moskva) ilə əməkdaşlıq çərçivəsində memorandumlar imzalayıb.

AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva imzalanma mərasimində bildirib ki, Qadın Sosial Sahibkarlıq Forumu layihəsi “MediaOst Events und Kommunikation GmbH” (Berlin), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (Bakı), Qadın və Sosial Sahibkarlığın İnkişafı Beynəlxalq Mərkəzi (Moskva) tərəfindən icra edilir və bu, ölkələr arası təfədaşlığın bariz nümunəsidir”.

Onun sözlərinə görə, beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlayır: “Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media,mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə edib. Bu layihələr BMT-nin Dayanaqlı İnkişaf məsqədlərinin 4-cü bəndi – Keyfiyyətli təhsil, 7-ci bəndi – Sərfəli və təmiz enerji və 17-ci bəndi – Məqsədlər üçün tərəfdaşlıq bəndinə əsaslanır”.

S. Babayeva hesab edir ki, Qadın Sosial Sahibkarlıq Forumu layihəsi Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir və bu da 3 ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə olacaq.

İstinadlar Report