Nazirlər Kabineti sosial müavinətlərlə bağlı qərarında dəyişiklik edib.

Müvafiq sənədi Baş Nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, qərarda “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək)” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının” sözləri ilə əvəz edilib və digər aktlarda bu kimi bir sıra müvafiq dəyişikliklər aparılıb.

İstinadlar Qafqazinfo