Misli görünməmiş geosiyasi çağırışlar şəraitində Qlobal Cənub QHT Platformasının yaradılması qlobal problemlərin həlli yolunda mühüm addımdır.

Bu barədə yeni platformanın təsis konfransı çərçivəsində BMT yanında “Sosial İnkişaf üzrə QHT Koalisiyası”nın rəhbəri Melvin Vaciri bildirib.

M.Vacirinin sözlərinə görə, iqlim dəyişikliyi və sosial ədalətsizlik dünya ictimaiyyəti qarşısında duran əsas çağırışlar olaraq qalır: “Müasir dünyada çoxsaylı yanlış narrativlər yayılır, insanlar informasiya axınında itir və nəyə inanacaqlarını bilmirlər. Bu kontekstdə ümumi məqsədlərə çatmaq üçün səfərbər olan QHT-ləri dəstəkləmək son dərəcə vacibdir”.

İstinadlar Report