Finlandiyanın müxalifətdəki Sosial-Demokrat Partiyası (SDP) bazar günü keçirilən dairə və bələdiyyə seçkilərində qalib gəlir.

Bu barədə “İnterfaks” məlumat yayıb.

İlkin məlumatlara görə, səslərin 95 %-i hesablandıqdan sonra seçicilərin 23%-dən bir qədər çoxu bu partiyaya səs verib. SDP respublika səviyyəsində hakim olan və əvvəllər yerli seçkilərdə dalbadal dörd dəfə qalib gələn Milli Koalisiya Partiyasını (21 %) geridə qoyub.

SDP-nin sədri Antti Lindtman jurnalistlərə bildirib ki, “Koalisiya partiyasının 20 il ərzində üstünlük təşkil etdiyi bələdiyyə seçkilərində qələbə böyük nailiyyətdir”.

“Bu, həqiqətən də finlərin dəyişiklik üçün səs verdiyini göstərir”, – o qeyd edib.

Üçüncü yeri təxminən 20 % səs toplayan Mərkəzçi Partiya tutub.

İstinadlar Report