ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.

Bunu “Ipsos” sosioloji xidmətinin ABC televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.

Tədqiqata görə, Trampın reytinqi son hadisələr fonunda son 4 ildə ilk dəfə 40%-ə yüksəlib.

Sorğu 19-20 iyul tarixlərində 1 141 amerikalı arasında aparılıb.

İstinadlar Report