
Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutunun prezident Emmanuel Makronun ölkədəki reytinqi ilə bağlı tərəfindən “Le Journal du Dimanche” qəzetinin sifarişi ilə apardığı son sorğunun nəticələri açıqlanıb.
Sorğuda rəyi soruşulanların 79 %-i Emmanuel Makronun fəaliyyətini bəyənmir.
Nəticələrə əsasən, sorğulananların 21 %-i Makronun siyasətini dəstəkləyir.
Fransa dövlət başçısına dəstəyin azalması xüsusilə pensiyaçılar arasında müşahidə edilir, çünki onlar 2022-ci ildə keçirilən prezident seçkilərində fəal şəkildə Makrona səs veriblər.
Fransa baş naziri Fransua Bayrunu isə rəyi soruşulanların 34 % -i dəstəkləyir. Buna baxmayaraq, hazırkı baş nazirin reytinqi sələfi Mişel Barnye ilə müqayisədə daha sabitdir. Barnye baş nazir kimi işə başladığı ilk gündən etibarən populyarlığının düşməsi ilə üzləşmişdi.