Ermənistanda respondenlərin təxminən 66 %-i ölkənin baş naziri Nikol Paşinyanın işini bəyənmir.

Bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral – 6 mart tarixlərində Ermənistanda keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.

Sorğuda 1 100 respondent iştirak edib.

Sorğuda iştirak edənlərin yalnız 9 %-i baş nazirin fəaliyyətindən tam razıdır.

Eyni zamanda, sorğunun nəticələrinə görə, hakim “Vətəndaş müqaviləsi” partiyasının reytinqi 0,5 % yüksəlib. Ermənistan vətəndaşlarının 11,8 %-i parlament seçkilərinin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə hakim qüvvəyə səs verməyə hazır olduğunu bildirib.

İstinadlar Report