Fransa cəmiyyətində avroskeptisizm səviyyəsinə görə Avropa İttifaqının liderlərindən birinə çevrilib.

Avropa Parlamentinin saytında dərc olunan “Eurobarometer” sorğusunun nəticələri bunu göstərir.

Araşdırmaya görə, fransızların 54%-i Aİ qurumlarına inanmır və yalnız əhalinin 34% birləşmənin Beşinci Respublikaya təsirini müsbət qiymətləndirib.

Respondentlər ölkənin əsas problemləri sırasında inflyasiya, yaşayış xərclərinin artması, cinayətlərin səviyyəsi, səhiyyə və təhsildəki problemləri qeyd ediblər.

Fransızlar təkcə Aİ-də deyil, həm də öz dövlətlərinin əsas hakimiyyət orqanlarına da etimad etmirlər. Belə ki, sorğuda iştirak edənlərin 66 faizi parlamentdən narazıdır, 24 faiz isə qanunverici orqanın işini dəstəkləyir.

İstinadlar Report