Böyük Britaniya əhalisinin təxminən yarısı ölkədəki defisit səbəbindən zəruri dərmanları almaqda çətinlik çəkib.

Bildirilib ki, sorğuda iştirak edənlərin 49 faizi son iki ildə tədarük problemlərinin kəskin şəkildə artdığı bir dövrdə dərmanların alınmasında problem yaşadıqlarını bildirib.

Sorğu onu da göstərib ki, hər 12-ci şəxs, yəni təqribən 8 faiz ehtiyac duyduğu dərmanlardan tamamilə məhrumdur, çünki dərmanı heç bir aptekdə tapmaq mümkün olmayıb. 31 faiz evlərinə ən yaxın və onlar üçün ən əlverişli aptekdə ehtiyac duyduqları dərmanın olmadığını müəyyən edib. Müəyyən edilib ki, apteklərin təxminən 23 faizində yetərincə dərman yoxdur.

İstinadlar Report