
ABŞ Prezidenti Donald Trampın transgenderlərin ABŞ ordusunda xidmətinə qadağa qoyması barədə qərarını əhalinin 54 %-i dəstəkləyir.
Bu, “Rasmussen Reports” sosioloji şirkətinin sorğusundan məlum olub.
“Sorğunun nəticələrinə görə, ABŞ-dən olan seçicilərin 54 %-i özünü transgender kimi təqdim edən ordu əməkdaşlarının işdən azad edilməsini nəzərdə tutan prezident fərmanını dəstəkləyir. Respondentlərin 41 %-i isə əks mövqe bildirib”, – hesabatda qeyd olunub.
Sorğu yanvarın 29-30-u və fevralın 2-də ABŞ-nin 1325 potensial seçicisi arasında onlayn və telefon vasitəsilə keçirilib.