
ABŞ-nin keçmiş prezidenti Co Bayden müxtəlif vaxtlarda Ağ Evin rəhbəri vəzifəsini tutan siyasətçilər arasında ən aşağı reytinqə malikdir.
Bunu “Gallup” sorğusunun məlumatları sübut edir.
Belə ki, respondentlərin 39%-i Baydenin 2021-2025-ci illərdə prezident kimi fəaliyyətini bəyənib, 57%-i isə onun işini mənfi qiymətləndirib. Respondentlərin 48 faizi həm 1993-2001-ci illərdə prezident olmuş Bill Klinton, həm də Donald Tramp (birinci müddətində) haqqında müsbət fikirdə olub.
2009-2017-ci illərdə Ağ Evə rəhbərlik etmiş Barak Obama amerikalılardan ən yüksək bəyənmə reytinqini alıb: 59% onun prezident kimi fəaliyyətini müsbət, 36% mənfi qiymətləndirib. Sorğu iştirakçılarının qalan hissəsi cavab verməkdə çətinlik çəkib.