“Sony” dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin şirkət, həmçinin optik texnologiyalara xüsusi diqqət yetirir. “Sony” şirkəti Yaponiyada keçiriləcək “CEATEC 2019” konfransında yeni nəsil 3D kameralar təqdim etməyi planlaşdırır.

“Sony” şirkətinin yeni həlli cərrahi endoskopdan ibarətdir və kamera sensorunun təsvir ölçüsü 4K-dır. Yeni texnologiya cərrahi müdaxiləni minimuma endirərək insan orqanlarının dəqiq 3D çəkilişini etməyə imkan verir. Şirkətin tibbi avadanlıqların hazırlanmasında təcrübəsi olmadığını nəzərə alaraq, “Olympus” ilə birgə “Sony Olympus Medical Solutions” müəssisəsi təsis edilib. Yeni müəssisə həkimlərə pasiyentlərin vəziyyətinin təhlilini asanlaşdıran sistemlərin hazırlanması ilə məşğul olacaq.

Mürəkkəb emal alqoritmlərindən istifadə edən “Sony” və “Olympus” avadanlığı həkimlərə yüksək keyfiyyətli təsvir və video hazırlamağa kömək edəcək və onların araşdırılması xəstənin sonrakı müalicə kursu ilə əlaqədar lazımi qərarı tez qəbul etməyə kömək edəcək.

Emil Hüseynov

İstinadlar ict news