“Sony” şirkəti qabaqcıl “Xperia 1 Mark II” aparatı və peşəkarlar üçün “Xperia Pro” prototipi ilə yanaşı, həmçinin “Xperia 10 Mark II” smartfonunu təqdim edib.

Aparat enerjiyə qənaətcil “Snapdragon 665” prosessoru, 6 düymlük Full HD təsvir ölçülü OLED displey, 4 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib.

Arxa paneldə 3 kamera quraşdırılıb: 8 meqapiksellik genişbucaqlı, 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik telefoto. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

Akkumulyatorun tutumu 3600 milliamper/saat təşkil edir. Aparat, həmçinin “IP65/68” standartına uyğun olaraq su və tozdan qorunub və hər iki tərəfdən “Gorilla Glass 6” şüşəsinə malikdir.

2020-ci ilin yazında satışa çıxarılacaq “Xperia 10 II” aparatının qiyməti açıqlanmayıb.

Emil Hüseynov

İstinadlar ict news