Gələcək qabaqcıl “Sony Xperia” smartfonu hazırda kommersiya bazarında heç bir qurğunun malik olmadığı unikal texniki xüsusiyyətlərlə təchiz ediləcək. Bu barədə internet mənbələrində dərc edilən məlumatlarda deyilir.

Məlumata görə, yeni qurğunun fevralın 24-də İspaniyanın Barselona şəhərində keçiriləcək “Mobile World Congress (MWC) 2020” mobil sənaye sərgisində təqdim ediləcəyi gözlənilir.

Bildirilir ki, smartfon sahədə ilk dəfə olaraq “4K” formatlı ekran və beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) dəstəyi ilə təchiz ediləcək. Bundan başqa, “4К” displey ilk dəfə “Snapdragon 865” prosessoru ilə bir araya gələcək.

Ekranın diaqonal ölçüsü 6,6 düym, tərəflərinin nisbəti 21:9 təşkil edəcək. Həmçinin “HDR” texnologiyasını dəstəkləyən “OLED” ekranın tətbiqi planlaşdırılır.

“5G” şəbəkələrində işi avtonom olmayan (NSA) və avtonom (SA) arxitekturalarla uyğunluq təşkil edən “Snapdragon X55” modemi təmin edəcək.

Məlumata görə, smartfonun korpusunun arxa tərəfində dörd kamera yerləşəcək. Smartfonun adı ilə bağlı məlumat verilməsə də, “Xperia 1.1”, “Xperia 0” və “Xperia 1 Premium” kimi müxtəlif versiyalar səsləndirilir.

Oxumağa dəyər:   Mürəkkəb yaraları sağaltmaq üçün "ağıllı" sarğı hazırlanıb

Yeni “Sony” smartfonunun qiyməti 850 dolları ötəcək.

Nizam Nuriyev

İstinadlar ict news