Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimova dəstək olub.

Müğənni sosial şəbəkə hesablarında Mənsimovun günahsız olduğunu bildirərək, hər zaman yanında olduğunu söyləyib.

“Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb. 20 illik dostum olan Mübariz Mənsimovun tez bir zamanda azadlığa qovuşmağını diləyirəm”.

Müğənni daha sonra Məhsimova, “Sənin o mərhəmətli ürəyini bilirəm. Sonuna qədər onun yanındayam”, – sözlərini yazıb.