“Son zəng” tədbirləri açıq havada keçiriləcək”.

Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, burada müəyyən say məhdudiyyətləri tətbiq olunacaq:

“Kiçiksaylı məktəblərdə biz elə bir problemlər gözləmirik. Çünki burada yoluxma riskləri aşağıdır. Nisbətən böyüksaylı məktəblərdə – yüzdən artıq məzunu olan məktəblərdə, yəqin ki, bir neçə hissədən ibarət “Son zəng” tədbiri keçirəcəyik.

O cümlədən, birmənalı olaraq, karantin qaydalarına və şəxsi gigiyena qaydalarına, sosial məsafəyə riayət olunması həm müəllimlərimizdən, həm şagirdlərimizdən tələb olunacaq”.

İstinadlar Qafqazinfo