Ötən gecə Ukrayna səmasında İran istehsalı olan 6 PUA məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiya ordusunun İran PUA-ları ilə Ukraynaya hücum etdiyinə dair məlumat yayılmışdı.

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə İran PUA-sından istifadə etdiyini təsdiqləyib.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri dəfələrlə İran istehsalı olan PUA-ları məhv edib. Belə ki, sentyabrın 28-nə olan məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri artıq 30-a yaxın kamikadze-dronunu vurub.

Rəsmi Tehran Rusiyaya PUA satdığını təkzib edib.