Azərbaycanda bu gün koronavirus infeksiyasına 1406 yeni yoluxma faktı qeydə alınıb,  1787 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12869 test olub, 18 nəfər COVID-19-dan dünyasını dəyişib.