
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 360 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 118 nəfərdir.
