“İstanbuldakı səsvermə ilə bağlı proses başa çatıb. İstanbul Vilayət Seçki Təşkilatı Böyükşəhər bələdiyyə sədrliyinə dair sənədi Əkrəm İmamoğluna verib. Qərarın xeyirli olmasını arzu edirəm”

Bunu Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım “Twitter” səhifəsində yazıb.

“Partiyamız hüquqlarından istifadə etməkdə davam edir. Son sözü Ali Seçki Komissiyası (ASK) deyəcək”, – deyə B.Yıldırım bildirib.

Qeyd edək ki, aprelin 17-də Cümhuriyyət Xalq Partiyasından İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun seçkilərdə qalib gəldiyi təsdiqlənib. O, İstanbul Ədalət Sarayına gələrək bələdiyyə sədri seçildiyinə dair sənədi alıb. Ədalət və İnkişaf Partiyası martın 31-də keçirilmiş seçkilərdə İstanbul üzrə səsvermənin nəticələrindən narazıdır və bununla bağlı ASK-yə aidiyyəti üzrə şikayət edilib.

İstinadlar Azvision