Son iki gündə 9 piyadavurma hadisəsi olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinini qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşır:
“Elə son iki gündə 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsinin qeydə alınması deyilənlərə bir daha təsdiq edir.
Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir”.