Noyabrın 3-dən dekabrın 1-dək Afrikada 2 mindən çox şəxs meymunçiçəyi (“mpox”) virusuna yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək Afrikada 13,171 təsdiqlənmiş “mpox” infeksiyası qeydə alınıb. Bu müddət ərzində virusa yoluxan 57 nəfər dünyasını dəyişib.

Noyabrın 3-dən Konqo Demokratik Respublikasında “mpox” şübhəsi ilə çoxlu sayda virusa yoluxma halları müəyyən edilib. Yoluxanların sayı 851 nəfər artaraq 9513-ə çatıb.

İstinadlar Report