
Son 10 il ərzində “Azərişıq” ASC tərəfindən ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib.
Bunu “Azərişıq” ASC sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov Zəngilanda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu dövrdə 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yeniləri ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min yeni transformator məntəqəsi quraşdırılıb.
V.Qənbərov əlavə edib ki, həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub.